Rusiyanın Bryansk vilayətində bölgənin kriminal aləmində ən yüksək mövqe tutan azərbaycanlı tutulub.

Gorod-tv.com xəbər verir ki, federal axtarışda olan 40 yaşlı Azərbaycan vətəndaşı Dağıstanda saxlanılıb. Əməliyyatı yerli polis və FTX (Federal Təhlükəsizlik Xidməti) əməkdaşları Bryanskdakı həmkarları ilə birlikdə həyata keçiriblər. Əvvəllər tutulan şəxs xüsusi dəyərli əşyaların oğurlanması və qəsbkarlıqla bağlı məhkumluq həyatı yaşayıb.

Azərbaycanlı Bryansk vilayətinə aparılıb, ona cinayət iyerarxiyasında daha yüksək vəzifə tutma faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin regional mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı məlum olub ki, həmin şəxs Bryansk vilayətində “polojeneç” cinayətkar statusuna malikdir. Cinayət dünyasının qeyri-rəsmi qaydalarına əsasən, kriminal mühitin aşağı “rütbə”sindən olan bütün üzvləri onun göstəriş və əmrlərinə tabe olmalıdırlar.

Kriminal avtoritet bölgənin cinayət mühitində təşkilati və inzibati funksiyalarla məşğul olur. Bryansk vilayətinin cinayət iyerarxiyasında o, ən yüksək vəzifəni tutub.

İstintaq zamanı müttəhim nəzarətə alınıb. İstintaq davam edir.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO