“Nirvana” qrupunun lideri Kurt Kobeynin gitarası ABŞ-da keçirilən hərracların birində altı milyon dollara satılıb.

Bu barədə hərrac şirkətinin sosial media hesabında məlumat yerləşdirilib.

Auksiondan əvvəl alətin qiyməti təxminən bir-iki milyon dollar civarında qiymətləndirilirdi. Alətə onun orijinal keysi də əlavə edilib.

“Martin D-18E” modelli elektrogitarada Kurt 1993-cü ildə baş tutmuş konsertində, ölümündən təxminən beş ay əvvəl ifa edib.

Bundan əvvəlki qiymət rekordu “Pink Floyd” qrupunun liderlərindən biri Devid Gilmorun gitarasına aid olub. O, 3,95 milyon dollara satılmışdı.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO