Bərdədə kanala düşən traktorun sürücüsü boğularaq ölüb.

APA xəbər verir ki, hadisə “Yuxarı Qarabağ” su kanalının rayonun Güloğullar kəndi ərazisindən keçən hissəsində baş verib.

Hadisə yerinə cəlb olunan FHN-in Qarabağ Regional Mərkəzinin xilasediciləri traktorun sürücüsü Güloğullar kənd sakini, 1973-cü il təvəllüdlü Məmmədov Yelmar Çingiz oğlunun meyitini, traktorda olan Cəlilabad rayon sakini, 38 yaşlı Adıgözəlov Aydın Səfalı oğlunu isə yaralı vəziyyətdə sudan çıxarıblar.

A.Adıgözəlov Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO