İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində şiddətli döyüşlər davam edib. 

Oxu.Az xəbər verir ki, bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.

Döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu qəhrəmancasına şəhid olub.

Düşmən hücumunun qarşısını alardən döyüşdə Azərbaycan ordusnun aşağıda adları çəkilən hərbi qulluqçuları da şəhid olub. 

Polkovnik Mirzəyev İlqar Anzor oğl

Mayor Əhmədov Namiq Hajan oğlu

Mayor Novruzov Anar Gülverdi oğlu

Gizin Zeynallı İlqar Ayaz oğlu 

Gizir Babayev Yaşar Vasif oğlu

Müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçularımızın ailələırinə dərin hüzünlə başsağlığı verir və səbr diləyir.

Allah rəhmət eləsin!

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO