İyulun 15-də Azərbaycanın Rusiyadakı səfirliyi qarşısında Azərbaycan ordusuna dəstək aksiyası keçirilib.

Oxu.Az xəbər verir ki, toplaşanlar qarşısında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edib. Onun sözlərinə görə, bir neçə gündür ki, Rusiyada yaşayan azərbaycanlılar səfirliyə müraciət edir, könüllü olaraq Azərbaycan ordusuna yazılmaq istədiklərini bildirirlər. Səfir qeyd edib ki, bu müraciətlər ölkə rəhbərliyinə çatdırılacaq.

Mitinqdə çıxış edənlər Azərbaycan xalqı ilə həmrəy olduqlarını bildiriblər və “Ya Qarabağ, ya ölüm” şüarını səsələndiriblər.

Aksiya iştirakçıları Rusiya hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən mühafizə olunublar.

Namiq Həsənov

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO