Rusiya paytaxtında uşaq alverində ittiham olunan dörd mama-ginekoloq həbs edilib.

Bu barədə 360 TV xəbər yayıb.

Söhbət Valentina Çernışeva, Taras Aşitkov, Yuliana İvanova və Liliya Panaiotidən gedir.

Hər şey cari ilin yanvar ayında başlayıb. Rusiyanın Odintsovo şəhərində “Surroqat analar sığınacağı”nda (adi mənzil) bir aylıq körpənin cəsədi tapılmışdı. Onun yanında daha üç körpə var idi. Ancaq onlar sağ olublar. Körpələrin xarici vətəndaşlara satılmalı idilər.

Oxşar hadisə iyun ayında baş vermişdi. Həmin vaxt körpələrin Çinə aparılması planlaşdırılıbmış.

İstintaq həkimlərin uşaqları satdığını düşünür, baş təşkilatçılar isə İvanova və Aşitkovdur, onlar ər-arvaddırlar.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO