Rumıniyanın Prezidenti Klaus Verner İohannis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.


Qaynarinfo-nun məlumatına görə, məktubda deyilir:

“Möhtərəm cənab Prezident.


Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.


Əminəm ki, Rumıniya ilə Azərbaycan arasındakı dialoqun və əməkdaşlığın inkişafı strateji tərəfdaşlığın institusional çərçivəsində davam edəcəkdir. İkitərəfli iqtisadi əlaqələrin, o cümlədən regional əhəmiyyətə malik enerji və nəqliyyat layihələri vasitəsilə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında əməkdaşlıq çərçivəsində aparılan dialoqun gücləndirilməsi və şaxələndirilməsi qarşılıqlı münasibətlərimizin mühüm istiqamətlərini təcəssüm etdirir.


Zati-aliləri cənab Prezident, xahiş edirəm, Sizə olan dərin ehtiramımı qəbul edin.”