Sosial şəbəkərlərdə Bakının Səbail rayonunun Əziz Əliyev küçəsindəki restoranların birinin qarşısında yolun hərəkət hissəsində masanın qoyulmasını əks etdirən fotolar nəzarətə götürülüb.
Bu barədə Qaynarinfo-ya Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
Onun sözlərinə görə, Agentliyin ərazidə xidmət aparan əməkdaşlarının müdaxiləsi ilə masa yolun hərəkət hissəsindən götürülüb.