SpaceX-in NASA-nın əməkdaşlığı ilə orbitə göndərəcəyi ilk pilotlu roketin sınağı pis hava şəraiti səbəbindən uçuşa bir neçə dəqiqə qalmış təxirə salınıb.


Qaynarinfo xəbər verir ki, bu barədə NASA-nın tvitter hesabında məlumat verilib. Açıqlamada növbəti sınağın şənbə gününə planlaşdırıldığı bildirilib.

ABŞ prezidenti Donald Tramp da sözügedən mərasimə qatılmaq üçün Floridaya getmiş, burada İlon Mask barəsində müsbət fikirlər səsləndirib.


Qeyd edək ki, sınaqla uğurla həyata keçirilsə NASA böyük xərcdən qurtulmuş olacaq. Çünki təşkilat 2011-ci ildən bəri kosmik heyətin daşınması layihəsini dayandırdığından, hər dəfə astronavtları kosmik stansiyaya aparmaq üçün Rusiyaya aid Soyuz roketindən istifadə edir.