Çindən olan bir çox tələbənin ABŞ-a girişi qadağan edilib.


Qaynarinfo xəbər verir ki, bu barədə Ağ Ev rəsmi bəyanat yayıb.

Adı “qara siyahı”ya salınan çinli tələbələr ABŞ-ın yüksək texnologiyalar sahəsində intellektual mülkiyyətini oğurlamaqda ittiham edilib.


Qadağa iyunun 1-dən qüvvəyə minəcək. Ümumilikdə 3,5 minə yaxın çinli tələbə ABŞ-da buraxılmayacaq. (azvision.az)