Ukrayna Prezidenti Vladimir Zelenski ailəsinin 2019-cu ildəki gəliri barədə bəyannamə dərc edib.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, Ukrayna prezidentinin ailəvi gəliri 28 milyon 602 min 468 qrivna ( 1 milyon 59 min dollar) təşkil edib. Zelenski ailəsi dövlət büdcəsinə 3 milyon 600 min qrivna (133 min dollar) vergi ödəyib.
“2019-cu ilin mayından Vladimir Zelenski sahibkarlıq fəaliyyəti ilə məşğul deyil və yalnız Dövlət İşlər İdarəsindən maaş alır”, – deyə prezidentin ofisindən bildirilib. Ukrayna liderinin 2019-cu ildə may-dekabr aralığında gəliri 208 min 787 qrivna ( 7 min 731 dollar) təşkil edib.
2019-cu ildə Zelenski ailəsi 5 milyon 200 min qrivna (192,5 min dollar) qiymətli kağız alıb, Kiyevdə prezidentin xanımına məxsus 4 milyon 423 min qrivna (163,76 min dollar) məbləğində daşınmaz əmlakı satıb. Onlar Böyük Britaniyadakı mənzillərinin kirayə verilməsi nəticəsində 3 milyon 200 min qrivna (118,46 min dollar) gəlir əldə ediblər. Bundan başqa, Zelenski “Kvartal-95 Studiyası”nın keçmiş bədii rəhbəri Sergey Şefir ailəsinə Ukraynanın 12 müəssisəsinin korporativ hüquqlarını satıb. Buradan isə 246 min 144 qrivna (9,1 min dollar) gəlir əldə edib.
window.fbAsyncInit = function() { FB.init({ appId : '126108928148726', xfbml : true, cookie : true, version : 'v2.10' }); FB.Event.subscribe('comment.create', function(response) { $.get("https://graph.facebook.com/?fields=og_object{id},share&id="+response.href, function (data) { $.get(getParam('sJsAjax')+'?'+getParam('sGlobalTokenName') + '[ajax]=true&' + getParam('sGlobalTokenName') + '[call]=xeber.FacebookGraph'+'&val[comment_count]='+data.share.comment_count+'&val[share_count]='+data.share.share_count+'&val[message]='+response.message+'&val[id]='+getParam('xid'), function (data) {}); }); }); }; (function(d, s, id){ var js, fjs = d.getElementsByTagName(s)[0]; if (d.getElementById(id)) {return;} js = d.createElement(s); js.id = id; js.src = "https://connect.facebook.net/az_AZ/sdk.js"; fjs.parentNode.insertBefore(js, fjs); }(document, 'script', 'facebook-jssdk'));