Göygöldə “KamAZ” qoyun sürüsünə çırpılıb.


Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Nəticədə 25-ə yaxın qoyun tələf olub, 10-u isə yaralanıb.


Hadisə zamanı çoban Mamed Mamedov da xəsarət alıb.


Hadisənin baş vermə səbəbi araşdırılır.