Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası iyunun 2-dən başlayaraq QHT-lərlə qrant müqavilələrini heç bir canlı təmas olmadan elektron qaydada imzalamağa başlayıb. SƏLİS müqavilə iki formada – “ASAN imza” və elektron imza vasitəsilə bağlanır.


Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud AZƏRTAC-a bildirib ki, qrant müqavilələrinin elektron qaydada imzalanması ölkəmizdə QHT-lərə xidmət sahəsində ilk dəfədir tətbiq olunur. Bu yenilik QHT-yə cəmi bir neçə saniyə ərzində qrant müqaviləsini imzalamağa imkan verir.

Məlumat üçün bildiririk ki, Şura 2019-cu ildən QHT layihələrinin idarə olunması prosesini SƏLİS çərçivəsində elektronlaşdırıb. Hazırda isə qrant müqavilələrinin imzalanması da elektron qaydada həyata keçirilir.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO