Bakıda polislər yaşlı qadına kömək ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Belə ki, Səbail rayonu ərazisində xidmət aparan polis əməkdaşları yolun kənarında hərəkət edən qadına yaxınlaşıb.
Qadın polislərdən kömək istəyib və polislər yaşlı qadına öz yeməklərini veriblər.