Futbol üzrə Azərbaycan yığmasının şərəfini xeyli sayda milliləşdirilimiş futbolçu qoruyub.
Oxu.Az xəbər verir ki, coğrafi yaxınlıq milli komandamızda Rusiyanın Dağıstan Respublikasında doğulan oyunçuların daha çox olmasını şərtləndirən əsas amillərdən biri olub.
Onların içərisində hücumçu İbrahim Həsənbəyovun xüsusi yeri var. Millimizin sabiq baş məşqçisi Kazbek Tuayevin dönəmində yığmamıza cəlb olunan legionerlərdən biri də Həsənbəyov olub.
Ona 1996-cı ildə yığmamızda cəmi iki oyun keçirmək qismət olub. “Anji” klubunun kapitanı 1999-cu ilin iyulun 3-də Dağıstanın paytaxtı Mahaçqalada sürdüyü VAZ 2109 markalı maşını ilə “KamAZ”la toqquşub və vəfat edib. “Anji” bu səbəbdən 11 nömrəli formanı əbədiləşdirib.
29 yaşında faciəvi şəkildə həyatını itirən futbolçunun həyatına həsr edilən videosüjeti təqdim edirik: