Kürdəmirdə 2017-ci ildə həyat yoldaşı ilə ayrılıb öz ailəsi ilə qalan qadın keçmiş əri tərəfindən vəhşicəsinə qətlə yetirilib. 

Sosial şəbəkədə yazılmış məlumata görə, ötən gün Kürdəmirin Muğanlı adlı sahəsində keçmiş ər qadının yaşadığı evə gəlib və yalvararaq barışıb, evlərinə aparmaq istədiyini deyib. Əvəzində isə o, qadını traktora bağlayaraq benzinlə yandırıb. 

Məlumatda qeyd olunur ki, daha sonra qayınanası, qayınatası və keçmiş həyat yoldaşı Kürdəmir Rayon Mərkəzi xəstəxanasına evdə qaz sızlaması və partlayışı adı ilə yerləşdiriblər. 

 

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO