Ehtiyatsızlıq səbəbindən 13-cü mərtəbədən yıxılan və 40 metr məsafədə evin fasadından sallanıb qalan beş yaşlı qız yanğınsöndürən tərəfindən xilas edilib.

“Daily Mail”in verdiyi məlumata görə, hadisə Çinin Yunnan vilayətində qeydə alınıb.

Qızın vəziyyətinin yaxşı olduğu vurğulanıb. Ananın sözlərinə görə, kuryerdən sifarişi almaq üçün uşağı cəmi bir neçə dəqiqəliyinə tək qoyub və belə bir hadisənin baş verəcəyini gözləməyib.