Ölkədə epidemioloji vəziyyətin davam etməsi ilə əlaqədar, 7 iyuldan sonrakı tarixlərdə Bakıdan Naxçıvana və geri istiqamətdə reyslərə aviabiletlərin satışı AZAL aviaşirkətinin saytında müvəqqəti olaraq dayandırılır.
Satışın açılması barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəyi deyilir.
Qeyd edək ki, 7 iyul tarixədək olan reyslərə alınan bütün aviabiletlər etibarlıdır, nəzərdə tutulan reyslər cədvəl üzrə yerinə yetiriləcək.
Xatırladaq ki, Naxçıvana və geri istiqamətdə uçuşlar 18 iyun tarixdən həftədə iki dəfə – ikinci və dördüncü günlər yerinə yetiriləcək.