Ötən gün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən intihara cəhd hadisəsi qeydə alınıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

İyunun 12-də, saat 03:20 radələrində 2003-cü il təvəllüdlü Qənirə Məmmədova Sabunçu qəsəbəsində yaşadığı evin hamamında özünü asmağa cəhd edib. Xoşbəxtlikdən, qohumları boğulmadan öncə onu xilas edə biliblər.

3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən yeniyetmənin vəziyyəti ağır qiymətləndirilir.

Hazırda Q.Məmmədovanı intihara sövq edən səbəblər müəyyənləşdirilir. 

Ramella İbrahimxəlilova