Böyük Britaniyada koronavirus xəstələrinin 22%-i COVID-19-a səhiyyə müəssisələrində yoluxub.

“The Daily Telegraph” bu barədə Britaniya hökumətinin dəstəyi ilə aparılan araşdırmanın nəticələrinə istinadən xəbər verir.

Əldə edilən məlumatlara görə, xəstəxanalarda yayılan infeksiya ölümlərin 11%-nə səbəb olub. Alimlərin fikrincə, tibb işçiləri tərəfindən sosial məsafə tədbirlərinə riayət olunmasına dair tövsiyələrə uzun müddət əməl edilməməsi xəstəliyin yayılmasına gətirib çıxarıb.

Son zamanlar Böyük Britaniyanın bir çox sakini məhz milli səhiyyə sisteminin sosial məsafə qaydalarına riayət etməyən bir qrup insan arasında virusa təkrar yoluxmanın səbəbkarlarından olduğunu deyirlər.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO