Bu mü­ba­hi­sə, söz-sön­bət çox da­vam edir. Nə­ha­yət, Ali day de­yir:

– Sö­züm söz­dür, ge­dib ke­çi ov­la­yıb gə­tir­sən, bar­maq­la­rım­da bi­şir­mə­yi bu ki­şi­lə­rin ya­nın­da söz ve­ri­rəm, -de­yib uzun qəl­ya­nı­nı dol­du­rub çək­mə­yə baş­la­yır.

Ar­tıq du­rub get­mək vax­tı ça­tır. Ha­mı du­rub ge­dən­də Ağa­ba­ba da aya­ğa qal­xıb be­şa­çı­la­nı və 3-4 da­raq­lıq gül­lə də Ali da­yı­dan alan­dan son­ra ev­dən çı­xıb ge­dir.

Ağa­ba­ba evə gə­lir, sa­bah üçün bə­zi ha­zır­lıq iş­lə­ri­ni gö­rən­dən son­ra ya­ta­ğa gi­rib özü­nü yu­xu­ya ve­rir.

Am­ma ilan vu­ran ya­tır, Ağa­ba­ba ya­ta bil­mir. Sə­hə­rə qə­dər çox gö­tür-qoy elə­yir, çox fi­kir­lə­şir ki, nə et­sin, nə elə­mə­sin. Nə cür elə­sin ki, bir ke­çi ov­la­sın.

Bir­dən onun ağ­lı­na çox ra­hat və ağıl­lı bir fi­kir gə­lir.

Sübh tez­dən ye­rin­dən du­rub ge­dir bi­bi­si oğ­lu Qu­la­mə­li­nin qa­pı­sı­nın ağ­zı­nı kə­sir. Qu­la­mə­li be­lə ala-qa­ran­lıq­da Ağa­ba­ba­nı ya­raq­lı-ya­saq­lı qa­pı ağ­zın­da gö­rən­də həm tə­əc­cüb­lə­nir, həm də na­ra­hat olur. Onu evə də­vət edən­dən son­ra Qu­la­mə­li nə baş ver­di­yi­ni Ağa­ba­ba­dan so­ru­şur…

Son vaxt­lar­da ba­şı çöl-ba­yır iş­lə­ri və əkin-bi­çin­lə qa­rış­dı­ğı üçün Qu­la­mə­li nə Ali da­yı­gi­lə ge­dir­di, nə də baş ve­rən bü­tün bu ha­di­sə­lər­dən xə­bə­ri yox idi.

Ağa­ba­ba Qu­la­mə­li­nin bu iş­dən xə­bər­siz ol­du­ğu­nu bi­lən­də baş ve­rən­lər­dən Qu­la­mə­li­yə bə­zi mə­lu­mat­lar ve­rir. Ax­şam­kı söh­bə­ti də da­nı­şır, am­ma Ali da­yı­nın bar­ma­ğın­da ka­bab bi­şir­mə­yi­ni ona de­mir.

Sə­hər­dən əv­vəl­dən axı­ra ki­mi Ağa­ba­ba­nı din­lə­yən Qu­la­mə­li­nin gö­zü də bu tə­zə be­şa­çı­la­na düş­müş­dü. Ağa­ba­ba ilə söh­bət elə­sə də, onu fi­kir-xə­yal gö­tür­müş­dü ki, nə tə­hər elə­sin, bu be­şa­çı­la­nı ələ ke­çir­sin.

Nə­ha­yət, Ağa­ba­ba Qu­la­mə­li­ni ra­zı sa­lıb hər iki­si si­lah­la­nıb  yo­la dü­şür­lər, ge­dir­lər dağ ke­çi­si ov­la­ma­ğa.

*

De­yir­lər, ov­çu­ya da­ğı gös­tə­rər­lər, ovu yox. Qu­la­mə­li dağ­la­ra, qa­ya­la­ra bə­ləd olan ma­hir bir ov­çu ki­mi Ağa­ba­ba­nı ke­çi­lə­rin oy­la­ğı olan qa­ya­lıq­lar­la get­mə­yi gös­tə­riş ve­rir. Özü isə hey­van və yır­tı­cı­la­rın keç­di­yi xü­su­si yer­lər olan bə­rə­də ye­ri­ni tu­ta­raq ovun gə­li­şi­ni göz­lə­yir.

Ağa­ba­ba qa­ya­lar­dan elə hay-küy­lə hə­rə­kət et­mə­yə baş­la­yır ki, elə bil bir bri­qa­da Ni­ko­la­yın əs­gə­ri hü­cu­ma ke­çir­di. Onun bəx­ti­nə iki dağ tə­kə­si er­kək, di­şi qa­ya­la­rın ara­sın­dan at­la­na­raq bə­rə­də ha­zır və­ziy­yət­də da­ya­nıb ovun yo­lu­nu göz­lə­yən ov­çu­ya tə­rəf tul­la­na-tul­la­na ya­xın­la­şır.

Bir­dən atəş açı­lır. Bir­cə gül­lə atıl­dı. Bir az fa­si­lə­dən son­ra dal­ba­dal dörd gül­lə də atıl­dı. Gül­lə­lə­rin sə­si qa­ya­la­ra ya­yıl­dıq­ca əks-sə­da­sı elə bil tək­rar atəş açıl­ma­sı­nı bil­di­rir­di.

Ağa­ba­ba dal­ba­dal atı­lan gül­lə­lə­rin ova dəy­mə­di­yi­ni, bo­şa çıx­dı­ğı­nı zənn edə­rək bəl­kə də uça-uça özü­nü Qu­la­mə­li­nin ya­nı­na çat­dı­rır. Ya­xın­la­şan­da er­kək bir tə­kə­nin yer­də uzan­dı­ğı­nı gö­rüb Qu­la­mə­li­yə de­yir:

– Sən əv­vəl bir gül­lə at­dın, son­ra isə bir az keç­di, tə­zə­dən dörd gül­lə də at­dın. Gö­rü­rəm, bir ke­çi vur­mu­san, bəs o bi­ri gül­lə­lə­ri nə­yə at­mı­sa­n?

Qu­la­mə­li gü­lüm­sü­nüb de­yir:

– Gə­lən tə­kə­lər iki də­nə idi, bi­ri er­kək, bi­ri di­şi. Bir­cə gül­lə at­dım, er­kə­yi vur­dum. Hə­mi­şə adə­tim­dir, ça­lı­şı­ram ki, di­şi­lə­ri vur­ma­yım.

O ki qal­dı o dörd gül­lə­yə, sən Ali da­yı­nın bir san­dıq gül­lə­si­ni ha­va­ya, su­ya ata bi­lir­sən, mən onun dörd-beş gül­lə­si­ni ha­va­yı ata bil­mə­rə­m?

Bir az za­ra­fat­la­şıb-de­yib-gü­lən­dən son­ra Ağa­ba­ba öz bi­bi­si oğ­lu Qu­la­mə­li­yə də­rin tə­şək­kü­rü­nü bil­di­rib ay­rı­lır­lar. Se­vin­ci­nin həd­di-hü­du­du ol­ma­yan Ağa­ba­ba ovu atır çiy­ni­nə, yol­la­nır kən­də tə­rəf.

*

Ali da­yı­gi­lin hə­yə­ti­nə ça­tan­da ar­tıq şə­vət (ha­va) qa­ra­lır­dı, ax­şam dü­şür­dü.

Bü­tün qo­hum-əq­ra­ba –ha­mı eşi­dir ki, Ağa­ba­ba bir dağ tə­kə­si ov­la­yıb gə­ti­rib­dir Ali da­yı­gi­lin hə­yə­ti­nə.

Hay dü­şür kən­də ki, bəs Ali da­yı bu ax­şam bar­maq­la­rın­da ke­çi ətin­dən ka­bab bi­şi­rə­cək. Ha­mı­ya çox ma­raq­lı gə­lir­di ki, Ali da­yı bu­nu ne­cə edə­cə­k?

Bə­li, ax­şam ol­du. Bü­tün qo­hum-əq­ra­ba, qo­num-qon­şu –Ha­mı yı­ğış­dı Ali da­yı­gi­lə.

Dağ tə­kə­si­ni so­yub, əti­ni doğ­ra­yıb bir məc­mə­yi­də gə­ti­rib qoy­du­lar or­ta­lıq­da.

Er­tə­dən bu­xa­rı­da ya­nan nil (azat-red) ağa­cı­nın odu­nun­dan alov­la­nan göz­qa­maş­dı­rı­cı iri-iri köz­lə­ri ada­mın üz-gö­zü­nü yan­dı­rır­dı.

Alı da­yı­nı bu iş çox tə­əc­cüb­lən­di­rir­di, Öz-özü­nə nə qə­dər gö­tür-qoy elə­sə də, hə­lə bir şey an­la­ya bil­mir­di. Uzun qəl­ya­nı­nı təm­kin­lə sü­mü­rə­rək ev­də yı­ğı­şan qo­naq­la­rın söz-söh­bə­ti­nə qu­laq asır­dı.

 

Əbülhəsən Həsənzadə

Masallı, Sığdaş

(ardı var)