Azərbaycan Milli Elmlər Akademiyasi Folklor İnstitutu və elmi şuranın qərarı ilə
Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən tövsiyə olunub
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
“Azərbaycanda yaşayan xalqların əfsanə, rəvayət və nağılları” kitabı haqqında
R Ə Y
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərən-cam və göstərişləri əsasında ölkəmizdə multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin qayğısı səviyyəsinə qaldırılmışdır. Belə bir şəraitdə ölkədə yaşayan bütün xalqların mədəni irsi qorunur və təbliğ edilir. Xalqların şifahi yaradıcılığının toplanması və nəşri sahəsində səmərəli addımlar atılır və layihələr hazırlanır.
İradə Məlikovanın hazırladığı bu kitab həmin layihələrdən biri olmaqla AMEA Folklor İnstitutu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin iştirakı ilə həyata keçirilir. Seriyanın ikinci kitabı əfsanə, rəvayət və nağılları əhatə edir. Kitabda 15 xalqın nağılı orijinal dildə və Azərbaycan dilinə tərcümədə verilmişdir. Nağıllarda xalqların həyatı, məişəti, mühiti və insanların təfəkküründən irəli gələn istək və arzuların ifadəsi təqdim edilmişdir.
Şifahi xalq ədəbiyyatına məxsus dil sadəliyi, insan münasibətilərində səmimilik diqqəti cəlb edir. Bu əfsanə, rəvayət və nağıllar göstərir ki, hə-min xalqların şifahi xalq ədəbiyyatında dəyərli nümunələr vardır. Onları toplamaq, nəşr etdirmək və araşdırmaq müvafiq qurumlar üçün əhəmiy-yətli olar.
Hesab edirəm ki, İradə Məlikovanın tərtib etdiyi «Azərbaycanda yaşa-yan xalqların əfsanə, rəvayət və nağılları” kitabıbnı nəşr etmək ölkəmizdə multikultural dəyərlərin qiymətləndirildiyi bir dövrdə əhəmiyyətlidir.
İmamverdi Həmidov
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor
12 fevral 2018-ci il
«Azərbaycanda yaşayan xalqların əfsanə, rəvayət və nağılları” kitabı haqqında
R Ə Y
Azərbaycan tarixən müxtəlif xalqların (yüzdən artıq etnosun nüma-yəndəsinin yaşadığı qeyd olunur) və dinlərin bir arada yaşadığı coğrafiya olub. Bu xalqları birləşdirən təkcə onalrın eyni bölgəyə bağlılıqları, oxşar tarixi keçmişləri deyil, həm də ortaq mədəni dəyərlərə sahib olmalarıdır. Tarixən eyni coğrafiyanı paylaşmaları, xalqlar arasında mədəni-iqtisadi əlaqələr etnik mədəniyyətin bir çox sahələrində olduğu kimi, onların şifahi irsinə də oxşarların yaranmasına səbəb olmuşdur. Bunun nəticəsidir ki, Azəbaycanda yaşayan xalqlar tarixi köklərin, dillərinin, inanclarının fərq-liliyinə baxmayaraq, hamısı eyni mədəni dəyərlərin daşıyıcısıdır. Ən ma-raqlısı da odur ki, bir-birindən bəhrələndiyi, faydalandıqları halda hər biri həmin dəyərləri özününkü hesab etmiş və onu qoruyub günümüzə gətirib çıxarmışlar. İradə Məlikovanın tərtib etdiyi «Azərbaycanda yaşayan xalq-ların əfsanə, rəvayət və nağılları” kitabı bu xalqların şifahi irsinin ortaq dəyərlər əsasında formalaşdığını göstərən dəyərli mənbələrdən biridir.
Kitaba Azərbaycanda yaşayan on beş xalqın yaşlı sakinlərindən ya-zıya alınmış nağıllar daxil edilmişdir. Mətnlər həmin xalqların ziyalıları tərəfindən təqdim olunmuşdur. Təbii ki, folklorun toplanması prinsiplərinə bələd olmadıqları üçün onlar şifahi ənənədən gələn mətnlər üzərində işləmiş, onları bir qədər bəzəmiş, yeri gələndə özləri yazıçı kimi çıxış edərək onları bədiiləşdirmişlər. Bu cür işləmələrin mətnlərin elmi dəyərini zəiflətməsinə baxmayaraq, kitab Azərbaycanda yaşayan xalqların şifahi irsinin toplanılıb üzə çıxarılması istiqamətində atılan addımların bir parçasıdır və onun çapı məqsədə uyğun hesab edilir.
İkin Rüstəmzadə
AMEA Folklor İnstitutunun aparıcı
elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru
7 fevral 2018-ci il