Azərbaycanlı MMA döyüşçüsü Aqşin Babayev oğlunun şəklini sinəsində əks etdirib.

Oxu.Az xəbər verir ki, sərhədlər bağlandığı üçün Tailandın Puket şəhərində qalan idmançı ailəsindən ötrü darıxır.

İdmançı bunu nisbətən unutdurmaq üçün iki yaşlı oğlu Rəsulun şəklinin sinəsinin sol hissəsinə tatu etdirib. Bunu Tailandda tatu ustası edib.

 

Qeyd edək ki, “Döyüşçü” ləqəbli Aqşin Babayev peşəkar MMA karyerası ərzində 27 döyüş keçirib. O bunların 21-də qalib gəlib.

Səbuhi Musayev

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO