Dünyaca məşhur “Terminal” filminin ssenarisi Rusiyada təkrarlanıb. Belə ki, İrkutsk şəhərindən olan Lyudmila Lisitsina artıq yeddi ildir ki, aeroportda yaşayır. Terminalda onun “özünün” oturacaq sırası var, qadın hamamda yuyunur.

Bu barədə “Mash” “Telegram” kanalı xəbər yayıb.

Qadın əvvəllər əmisigildə yaşayıb, 19 il əvvəl isə o, Lisitsinanı evindən qovub.

Yeddi il əvvəl qadın aeroporta  gəlib və bir daha oradan çıxmamağa qərar verib.

Onun dalınca bir neçə dəfə xüsusi ximət orqanının əməkdaşları gəlsələr də, Lisitsina onlarla getməkdən imtina edib.

Aeroport işçiləri qadını qovmur, ancaq qohumlarının ona sahib çıxacağına ümid edirlər.

Xatırladaq ki, məşhur Hollivud ulduzu Tom Henksin baş rolunu oynadığı “Terminal” filmində də qəhrəman doqquz ay aeroportda yaşamalı olub. Lyudmiladan fərqli olaraq, onun terminalda yaşaması siyasi amillər üzündən olub.

Film Nyu-Yorkun Con Kennedi adına Beynəlxalq Hava Limanında terminalda saxlanılan, ABŞ-a girişinə qadağa qoyulan və eyni zamanda çevrilişə görə öz doğma ölkəsinə qayıda bilməyən biri haqqındadır. Belə ki, pasportu artıq etibarsız olduğu üçün Amerikaya girmə haqqını itirmiş vəziyyətdə olan Viktor nə ölkəsinə geri dönə, nə də Amerikaya girə bilir. O, ölkəsindəki döyüş bitənə qədər hava limanı terminalının tranzit sərnişinlər salonunda gözləmək məcburiyyətində qalır.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO