Cənubi Koreya ilə Şimali Koreya arasındakı sərhəddə yerləşən Keson şəhərində güclü partlayış qeydə alınıb.

Xəbəri BBC agentliyi yayıb.

Cənubi Koreya hökumətindən verilən məlumata əsasən, Şimali Koreya hakimiyyəti Seulla Pxenyanın birləşməyə dair ortaq ofisinin yerləşdiyi sənaye kompleksini partladıb.

İki gün əvvəl isə Cənubi Koreyanın “Choson Exchange” qeyri-hökumət təşkilatı rəsmi “Twitter” hesabında Şimali Koreyanın Keson şəhərində koreyalararası rabitə ofisinin məhv ediləcəyi ilə bağlı elektron məktub aldıqları barədə elan yerləşdirmişdi.

Məktubda Şimali Koreya tərəfi koreyalararası münasibətlərdə irəliləyişin olmamasına işarə edib.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO