Almaniya Bundesliqasında XXXII tura start verilib.

Oxu.Az xəbər verir ki, tur “Bavariya”nın çempionluğunu rəsmiləşdirməsi ilə əlamətdar olub.

Bremendə “Verder”ə qalib gələn “Bavariya” ardıcıl 8-ci, ümumilikdə isə yubiley – 30-cu dəfə qızıl medallara sahib çıxıb.

Səfərdəki qələbə Münhen təmsilçisinə ən yaxın izləyicisi olan Dortmund “Borussiya”sı ilə xal fərqini 10-a çatdırmaq imkanı verib.

Bununla da Bundesliqanın son iki görüşü formal xarakter daşıyacaq.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO