Almaniyanın “Bavariya” futbol klubunun sol cinah müdafiəçisi Alfonso Devis “Verder”ə qarşı (1:0) oyunda sürət rekordunu yeniləyib.

Bu barədə “Bleacher Report” agentliyinin “Twitter” səhifəsində məlumat verilib.

19 yaşlı kanadalı müdafiəçisi saatda 36,51 kilometr sürətlə qaçmağa müvəffəq olub.

Bundan əvvəl Almaniya çempionatının ən sürətli oyunçusu mərakeşli Əşrəf Hakimi sayılırdı. O, saatda 36,41 kilometr nəticə göstərmişdi.

Əlavə edək ki, Alfonso Devis “Verder”ə qarşı keçirilən oyunun 79-cu dəqiqəsində ikinci sarı vərəqə alaraq, meydanı tərk etməli olub.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO