Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Samux rayonu ərazisində, Yenikənd su anbarında 1998-ci il təvəllüdlü Əhmədov Elman Mehman oğlunun batması barədə məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aparılan axtarışlar nəticəsində E.Əhmədovun meyiti tapılaraq su anbarından çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

17:58

Kür çayının Şəmkir rayonundan keçən hissəsində bir nəfər batıb.

Oxu.Az-ın 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Əhmədov Elman Mehman oğlu Kür çayının Şəmkir rayonundan keçən hissəsində batıb.

Onun meyiti tapılaraq sudan çıxarılıb və nəşi aidiyyəti üzrə təhvil verilib.

İlhamə Əbülfət