Şair, tərcüməçi Səlim Babullaoğlu koronavirus (COVID-19) şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Bu barədə APA-ya şair özü məlumat verib.

Hazırda “Yeni klinika”da müalicə olunduğunu bildirən S.Babullaoğlu səhhətinin nisbətən yaxşı olduğunu qeyd edib:

“Testin nəticəsi çıxmayıb, ona görə də koronavirus olub-olmaması barədə konkret bir söz deyə bilmərəm. Mənə dedilər ki, neqativ olsaydı, bilinərdi. Amma sətəlcəm var və hazırda bundan müalicə alıram”.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO