Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Qəza zamanı 1983-cü il təvəllüdlü Nağıyev Arif Nazim oğlu və 1987-ci il təvəllüdlü Əkbərov Məhəmməd Aydın oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. 

Hər iki şəxsə kəllə-beyin travması diaqnozu qoyulub.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO