Bakıda suda boğulan 40 yaşlı kişi bank işçisi imiş.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən məlumata verilib.
Bildirilib ki, hadisə Mərdəkan sularda Xilasetmə məntəqəsindən təxminən üç kilometr aralıda, nəzarətsiz ərazidə baş verib:
“Ərazi kifayət qədər təhlükəlidir. Kanal birbaşa dənizə axır. Çimərlik dağlardan və qayalıqlardan ibarətdir”.
17:38
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu ərazisində 1980-ci il təvəllüdlü Məmmədov Yusif İsak oğlunun dənizdə nəzarətsiz ərazidə batması barədə məlumat daxil olub.
FHN-in saytında yer alan xəbərə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Y. Məmmədovun meyiti tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.