Ötən günü Reaksiya TV-nin Lerik rayonun Millət Vəkili İqbal Məmmədov haqqında qərəzli məlumat səsləndirmiş efirinə cavab olaraq məqalə paylaşdıq. Big az, sonxeber.az, xalq.az və digər nüfuzlu internet portallarî da bizə dəstək olaraq məqaləmizi paylaşdılar.

Ötən gecə Zaur Qəriboğlu ictimai təsiri olmayan “media” baxar.az saytına müsahibə verib. Məqalədə deputat seperatçılıqla günahlandırılıb. Bu həm də məqaləni ilk bizim paylaşdığımıza görə atılan bir atmacadır.

Zaur Qəriboğluna söyləmək istərdik ki, “Dodo ictimai, multikultural qəzeti” heç zaman seperatçı mövqe tutmamış, hər zaman bir olan Ana yurdumuz  Azərbaycanımızı dəstəkləmişdir. Bir məlumatı araşdırmamış, heç bir fakta əsaslanmadan efirdə səsləndirmək və ya “media” ya müsahibəsində bildirmək bir jurnalistə yaraşmayan hərəkətdir.

İndi araşdırmalarımıza əsasən keçək baxar az internet portalının fəaliyyətinə.

Xatırlayırsınızsa bir neçə həftə bundan öncə unudulmaz sənətkarımız, Respublikanın xalq artisti Zeynəb Xanlarovanın vəfatı haqda saxta xəbər yayımlanmış, xalq artisti Faiq Ağayev də xəbəri yayan saytları “fake xəbər yayan sayt” adlandırmış və tənqid etmişdi.

Qeyd edək ki, gecəylə izləyici kütləsi toplamaq üçün xəbəri araşdırmamış, dırnağarası media saytına istinad olaraq xəbər tirajlayan “saytlar”dan biri də baxar.az idi. Belə bir xəbər paylaşan bir saytın İqbal müəllimə də şər atması bizdə heç təəccüblü hal doğurmadı.

Qaldı ki, “reket media” ifadəsinə.
Xalq çox yaxşı bilir ki “reket media” kimlərdir. Bizim Reaksiya TV-yə qarşı məqaləmizi paylaşan saytlar illərdir fəaliyyət göstərən, halal zəhməti ilə xalqın etimadını qazanan saytlardır. Yoxsa Zaur Qəriboğluya “dəstək olan” saytlar kimi fake xəbər paylaşaraq reytinq qazanan saytlar deyil.

Düşünürük ki, qısa məqalə ilə Zaur Qəriboğlunun (keçən məqaləmizdə daha dolğun işiqlandırmışdıq) böhtanını və baxar.az internet portalının fəaliyyətini işıqlandıra bildik. Növbəti məqalələrimizdə yenidən bu mövzuya toxunacağıq!