Türkiyənin İstanbul şəhərində yaşlı qadının evindən gələn pis qoxuya görə qonşuları narahat olaraq, polisə müraciət ediblər.

Haberler.com məlumat verir ki, qonşuları Kağıthane rayonunda 65 yaşlı Şehriban G.-nın evindən gələn pis qoxunu orada çürümüş cəsədin ola biləcəyi ilə əsaslandırıblar.

Hadisə yerinə gələnlər rastlaşdıqları mənzərədən dəhşətə gəliblər. Evin tamamilə zibillə dolu olduğunu görən polislər təcili yardım cağıraraq, qadını xəstəxanaya göndəriblər.

Evi təmizləyərkən oradan üç yük maşını dolu tullantı çıxarılıb. Məlum olub ki, psixi problemləri olan qadın iki il ərzində evdə bu vəziyyətdə yaşayıb.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO