Parlament etikasından danışan deputatlar dava ediblər.

Bu barədə “Podyom” kadrlar yayımlayıb. Məlumata görə, hadisə Rusiyada baş verib.

Saratov Vilayət Dumasının deputatları parlament etikasının pozulması məsələsini müzakirə edərkən sözləri çəp gəlib və yumruqlar işə düşüb.

Mandat komissiyasının rəhbəri, Vahid Rusiya Partiyasından Dmitri Çernışevski və kommunist Nikolay Bondarenkonun qeyri-etik ifadələri ilə bağlı şikayətlərdən danışarkən, millət vəkili Anatoli Tsipyaşuk Kommunist Partiyasının nümayəndəsinə plastik şüşə atıb. Daha bir neçə millət vəkili münaqişəyə qoşulub.

Yeri gəlmişkən, qeyd edək ki, D.Çernışevski ötən həftə işlətdiyi qeyri-etik ifadələrə görə müvəqqəti olaraq söz haqqından məhrum edilmişdi.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO