Stokholm Universitetinin riyaziyyatçıları Tom Britton və Piter Trapman müəyyən ediblər ki, koronavirusa qarşı kollektiv immunitetin yaranması üçün əhalinin ən azı 43 faizində anticisim yaranmalıdır.

Bu barədə “Science” nəşri yazıb.

T.Britton və P.Trapman COVID-19 anticisimləri olan insanların sosial fəallıq səviyyəsini araşdırıb və bu xəstəlik nəticəsində kollektiv immunitetin əhalinin 43 faizində anticisimlərin olması halında ola biləcəyi qənaətinə gəliblər.

Alimlər qeyd ediblər ki, bu göstərici vaksinasiya nəticəsində yaranmalı olan 60 faizlik göstəricidən əhəmiyyətli dərəcədə aşağıdır.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO