Bakının Xətai rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, hadisə Gəncə prospektində qeydə alınıb.

Belə ki, yol qəzası nəticəsində motosikletin sürücüsü, 1996-cı il təvəllüdlü Qurbanov Kamal Amil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO