Müğənni Xuraman Şuşalı karantin günlərini evdə uşaqları ilə keçirməyin çətinliklərindən şikayət edib.

O bu barədə sosial media hesabında paylaşım edib:

“Dörd uşaqla evdə oturmaq… Bilirəm ki, izləyicilərimin çoxu ailəli xanımlardır. Uşaqlarla evdə nə edirsiniz? Bizdə qırğındır. Bircə istəyim yığışıb kəndə getməkdir. Bunları həyətə buraxım, qaçsınlar. Mən də qaçım… Görəsən ayın 5-dən sonra rayona getməyə icazə olacaq?”