Məşhur müğənni Sofiya Rotaru koronavirus pandemiyası səbəbindən təxminən 42 milyon rubl (1 milyon 50 min manat) itirib.

“Sobesednik” nəşri xəbər verir ki, bunu ukraynalı ifaçının direktoru Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Sofiya Rotaru hazırda Kiyevdədir və sərhədlər bağlı olduğundan Rusiyadan gələn dəvətlərə rədd cavabı verməyə məcburdur.

Direktor qeyd edib ki, pandemiyaya qədər müğənni hər ay orta hesabla iki-üç konsert verib və bir konsertdən 14 milyon rubl (350 min manat) qazanıb. Rotarunun özəl tədbirlərdə çıxışa görə aldığı qonorarın məbləği isə 100 min avrodur (182 min manat).

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO