Rusiyalı prodüser və musiqiçi Maksim Fadeyev bir ilə 100 kiloqram arıqlayıb.

Lenta.ru-nun məlumatına görə, o, “Instagram” hesabında bununla bağlı fotosunu yayımlayıb.

Rusiyalı dietoloq İnna Kononenko isə M.Fadeyevin belə arıqlamağına münasibət bildirib. Onun sözlərinə görə, çəkidə bu cür qəfil dəyişikliklər bədənə zərər verə bilər. Həkim bunun xüsusən də öd kisəsi daşı xəstəliyi ilə nəticələnə biləcəyi barədə xəbərdarlıq edib.

“Mütəxəssislərin nəzarəti olmadan bu yolla arıqlamaq olmaz. Çünki ildə yüz kiloqram çoxdur”, – deyə, həkim vurğulayıb.

İ.Kononenko musiqiçinin ayaqlarının çox arıq göründüyünü, bunun da əzələ kütləsinin itirilməsini göstərdiyini vurğulayıb.

Yeri gəlmişkən, qeyd edək ki, prodüser aprelin əvvəllərində arıqlamağının sirrini paylaşmışdı (M.Fadeyev həmin vaxta qədər artıq 82 kiloqram çəki itirmişdi). Onun sözlərinə görə, səhər, günorta və axşam hər dəfə 600 millilitr “boğazı xoş yandıran, amma qaynar olmayan su” içib.

“Kiloların necə itəcəyini təsəvvür belə edə bilməzsiniz”, – deyə, musiqiçi vurğulamışdı.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO