26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günüdür. Bu günün bayram kimi tarixləşməsinin müəllifi xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu öndərin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə – Azərbaycan Xalq Cümhuriyyəti dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilib. Azərbaycanın Silahlı Qüvvələri dövlətimizin təhlükəsizliyini, xalqımızın əmin-amanlığını etibarlı şəkildə qoruyur.
Məhz 1 il öncə Dodo TV də 19 iyun 2019 cu ildə Elşad Quliyevdən bir müsahibə götürmüşdü. “Gəncə şəhərində veteran belə təbrik edildi”.
https://www.youtube.com/watch?v=IauHmngadQM&list=PLEFDXejQ2iRLwKVPLhSsvtKiYZcdFRrzA&index=58
Bu videodan sonra Elşad Quliyevlə 2 müsahibədə hazırladıq. Beləcə Elşad artıq 1 ildir ki, bu müsahibələri verməklə səsini lazımı qrumlara çatdıra bilmir. Əslində Gəncədə Elşad Quliyevin halından hamı xəbərdardır, amma niyə aidiyyatı qurumlar onun səsinə səs vermirlər çox maraqlıdr?
2020 ci ilin fevral ayında Yotube kanalında gedən bu videoya ürək ağrısız baxmaq mümükün deyil.
https://www.youtube.com/watch?v=HJ0psxOtNKM&feature=youtu.be
Bu videodan sonra sözüm yox yazmağa.
Bircə onu yazmaq isteyirəm ki, Elşad səninlə fəxr edirik. Bizi bağışla bizim də əlimizdən gələn bu materialları işıqlandırmaq gəlir. Sən isə Ana yurdumuz Azərbaycanımızn igid və mərd oğlusan. Səni və sənin simanda qəhrəman oğullarımızı Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibəti ilə bütün orduda xidmət edən zabit və əsgər heyyətini təbrik edirik.