Ərinin başqası ilə evlənməsinə qarşı çıxan qadını küçədə saçından tutub sürüyüblər.

“Daily Mail”in məlumatına görə, qorxunc kadrlar Hindistanda qeydə alınıb.

Məlumata görə, Muzəffərpur şəhərində yaşayan qadın ərinin başqası ilə evlənəcəyini eşidərək toyun olacağı kəndə gəlib.

O, kişinin qanunla artıq evli olduğunu elan edib. Bunu eşidən gəlin namizədinin ailəsi toyu ləğv edib.

Hadisədən sonra əri qadının saçlarından tutaraq, kəndin küçələri boyu sürüyüb.

Polis yayılan kadrlarla bağlı araşdırmalara başlayıb.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO