Rusiyanın Leninqrad bölgəsində turistləri daşıyan avtobus yanıb.
“Demirören Haber Ajansı” (DHA) məlumat verir ki, sürücü vaxtında avtobusu yolun kənarında saxlayaraq bütün sərnişinləri düşürüb.
Avtobusda 40-a yaxın turistin olduğu bildirilir.
Yanğının qarşısını odsöndürən vasitələrlə almaq mümkün olmadığından, yanğınsöndürən briqadaların gəlişinə qədər avtobus tam yanaraq yararsız hala düşüb.