İngiltərənin “Çelsi” futbol klubu 2020/2021-ci illər mövsümü üçün yeni formasını təqdim edib.

Bu barədə klubun “Instagram” səhifəsində məlumat verilib.

Yeni forma ənənəvi mavi rəngdədir, lakin üzərinə kiçik qara naxışlı zolaqlar əlavə edilib.

Formanın mərkəzində klubun yeni sponsoru olan mobil operator “Three”nin loqosu yerləşdirilib.

Geyim “Nike” şirkəti tərəfindən istehsal edilib.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO