“Barselona” futbol klubunun hücumçusu Lionel Messi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Bu barədə “Fox Sports”un tanınmış argentinalı jurnalisti Kristian Martin məlumat yayıb.

Ötən gün yayılan xəbərlərdə 33 yaşlı ulduz futbolçunun 2021-ci ilin yayında “Barselona”nı tərk edəcəyi qeyd olunur.

Jurnalist Kristian Martin vurğulayıb ki, onun Kataloniyada və İngiltərədə olan etibarlı mənbələri L.Messinin Premyer Liqada oynamağa hazırlaşdığını təsdiqləyib.

“Müqavilənin şərtlərindən bütün maraqlı tərəflər razı qalacaq”, – deyə jurnalist bildirib.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO