Bu günlərdə oxucularımıza “Tanış olun, Salmanov!” sənədli filmini təqdim etmişdik. Həmin film 1968-ci ildə Tümendə lentə alınıb və rəqəmsallaşdırılaraq, ikinci həyatına qovuşub.

Oxu.Az xəbər verir ki, Tümen televiziyasının veteranı Anatoli Mixeyev redaksiyamızla əlaqə saxlayaraq, elə həmin 1968-ci ildə lentə alınmış daha bir filmi təqdim edib.

Film “Qardaşımız Bakı” adlanır. 52 il əvvəl lentə alınmış kadrlarda o vaxtın Bakısının unikal kadrlarını görmək mümkündür.

Bu ekran əsərini Azərbaycanın fəxri, Sibir neftinin kəşf etmiş geoloq Fərman Salmanov haqqında ilk sənədli filmin davamı da adlandırmaq olar.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO