UFC döyüşçüsü Con Cons ABŞ-ın Müstəqillik Gününü bayram edərkən tanımadığı bir şəxsi ölümdən qurtarıb.
Oxu.Az xəbər verir ki, bu barədə idmançı “Twitter” hesabında yazıb.
Onun sözlərinə görə, bayramı qeyd edərkən bir nəfərin huşsuz şəkildə yerdə uzandığını görüb. Cons dostları ilə birlikdə kişini kölgəliyə aparıb, onu özünə gətirib və su içməyə məcbur edib.
“Əminik ki, bu adamı ölümdən xilas etdik. Özümü inanılmaz hiss edirəm”, – deyə döyüşçü fikirlərini bölüşüb.
We found this man laying in the middle of a field today, he was suffering from severe dehydration. The group honestly believe we saved that man’s life. It felt amazing, those men and women were heroes out there today https://t.co/2DcPZ95J9n
— BONY (@JonnyBones) July 5, 2020