Məktəblilərin olduğu avtobus su anbarına düşüb.

“RİA Novosti”nin məlumatına görə, qorxunc qəza Çinin Quyçjou vilayətində baş verib.

Bildirilir ki, naməlum səbəbdən avtobus qəfildən qarşı zolağa keçib, yolun kənarındakı hasarı  dağıdıb və su anbarına düşüb.

Məlumata görə, azı 21 nəfər ölüb, 15 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Polis araşdırmalara başlayıb.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO