Koronavirus pandemiyası səbəbiylə 2020-ci ildə adambaşına ət istehlakı təxminən 3 faiz azala bilər. Bu 2011-ci ildən bəri ən aşağı səviyyədir.

Bu barədə “Bloomberg” BMT-nin məlumatlarına istinadən xəbər verib.

Analitiklər də bu məhsula ümumi tələbin azalacağını proqnozlaşdırırlar. Məsələn, ABŞ-da ət istehlakı ən azı 2025-ci ilə qədər böhrandan əvvəlki səviyyəyə qayıda bilməz.

Bu tendensiya alıcıların pandemiya səbəbiylə yemək xərclərini azaltması və  dünyada milyonlarla insanın ətdən imtina etməsi ilə izah olunur.

Bundan əlavə, restoranların bağlanması tələbə zərər vurdu. Dünya istehlakının dörddə birini təşkil edən Çində, Pekində baş verənlərdən sonra heyvan mənşəli məhsullara inamsızlıq artıb.

İstehsaldakı fasilələr tədarük problemlərini də yaradıb, bu isə qiymətlərin artmasına gətirib.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO