ABŞ-ın və dünyanın ən məşhur ali məktəblərindən sayılan Harvard Universitetində keçirilmiş maraqlı eksperiment gözlənilməz nəticələrlə yekunlaşıb.

Belə ki, yaddaş testində tutuquşu universitet tələbələrini üstələyib.

Bu barədə “Scientific Reports”da məqalə dərc olunub.

Təcrübənin şərtlərinə əsasən, iştirakçılar fincanların altında gizlədilən pomponların rəngini və yerini yadda saxlamalı idilər.

Onlar boz Afrika tutuquşusu, 6-8 yaşlı 21 uşaq və 21 universitet tələbəsi olub.

Maraqlıdır ki, eksperimentin sonunda tutuquşu bütün digər iştirakçıları qabaqlayıb.  

 

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO