Türkiyədə qalan 26 Azərbaycan vətəndaşı Gürcüstan vasitəsilə vətənə təxliyyə olunur.

Bu barədə Report-a Azərbaycanın bu ölkədəki səfirliyindən bildirilib.

Hazırda vətəndaşlar Gürcüstan ərazisinə “Sarpi” sərhəd-keçid məntəqəsindən daxil olurlar. Onlar koronavirusla bağlı Türkiyədə testdən keçiblər və arayış əldə ediblər.

Həmin şəxslərin səfirliyin dəstəyi ilə bu gün ərzində “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbayacana keçməsi təmin olunacaq.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO